Bayram günü yağmurlu olacaq

Bayram günü yağmurlu olacaq
  27 May 2013    Oxunub:1370
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək.
AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında mayın 28-də- Respublika Günü havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Yağışın günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısına doğru mülayimləşəcək.

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

Rayonlarda mayın 28-də şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Məlumata görə, yaxın 3 gün ərzində Bakıda xəzri küləyinin üstünlüyü və rütubətliliyin yüksəkliyi meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti