Rektora döş nişanı təqdim olunub

Rektora döş nişanı təqdim olunub
  27 May 2013    Oxunub:1397
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Chevron-un Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidentini qəbul edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Şevron enerji texnologiyası şirkətinin Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidenti Qaneş Takurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan rektor onlara universitet haqqında məlumat verib. Müxtəlif dillərin tədris olunduğunu diqqətə çatdıran professor Səməd Seyidov universitetdə bir sıra dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan söz açıb.

O, universitetin beynəlxalq əlaqələri haqqında danışıb və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, xarici siyasəti haqqında qonaqlara məlumat verib. ADU-nun İnformasiya Resurs Kompleksindəkı Amerika mərkəzinin fəaliyyətinə toxunan rektor bu mərkəzin respublika üzrə ən böyük mərkəz olduğunu, ABŞ universitetləri ilə əlaqələrin yaranması, əməkdaşlığın qurulmasında bu mərkəzin rolunun böyük olduğunu qeyd edib. O, İnformasiya Resurs Kompleksinin, o cümlədən Amerika Mərkəzinin bütün Azərbaycan univeristetləri və ictimaiyyət üçün açıq olduğunu bildirib.

Rektor Səməd Seyidov bu istiqamətdə böyük işlərin davam etdiyini və ABŞ-ın Dövlət Departamentinin həyata keçirdiyi proqram çərçivəsində ADU-ya hər il müxtəlif Amerika universitelərindən tələbələrin Yay məktəbinə gəldiyini vurğulayıb.

Şevron enerji texnologiyası şirkətinin Neft Mühəndisləri Cəmiyyətinin vitse prezidenti Qaneş Takur ADU-da olmaqdan məmnun olduğunu bildirib. Q.Takur təmsil etdiyi qurumun tarixi,fəliyyət istiqamətləri haqqında geniş məlumat verib. O, qurumun beynəlxalq layihələrdə iştirak etdiyini vurğulayıb. Qonaq ADU ilə əməkdaşlıqda və bir sıra birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Vitse prezident Qaneş Takur təmsil etdiyi Cəmiyyətin fəxri üzvlük döş nişanını rektor Səməd Seyidova təqdim edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Görüşdən sonra qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksinin Amerika mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, görüşdə şirkərtin Rusiya və Xəzər dənizi regionu üzrə direktoru Andrey Qladkov, layihə koordinatoru Antonina Kozminka, Qlobal satış və Biznesin inkişafı üzrə direktor Roberto Çiroti də iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti