Araz Əlizadə: “Qərb bunlara müqəvva kimi baxır”
- Zərdüşt müəllimin bu fikrində həqiqət var. Lakin bu gün 200-300 min insanı meydana çıxarmaq üçün yalnız iqtidarın qüvvəsi yetərlidir. Sonuncu dəfə bu qədər kütlə 1989-cu ildə meydanlara çıxıb. Bundan sonra belə bir hal baş verən deyil. Çünki indi o qədər səfeh yoxdur ki, müxalifətçilərin ardınca getsinlər. İndi inqilab etmək, dövlət çevrilişi etmək – bunların hamısı xülyadır.
Zərdüşt müəllim çox yaxşı analitikdir. Lakin bu gün müxalifətin o qədər insanı meydana çıxarmaq üçün qüvvəsi yoxdur, onlar hamısı "yalançı çobandır"lar. Bu, həmin qüvvələrdir ki, 1988-ci ildə meydanda xalqın başını divara vurdular, 1990-cı ilin yanvarında xalqın başını divara çırpdılar, 1993-cü ildə milləti vətəndaş müharibəsi ilə üz-üzə qoydular... 2003-cü ildə xalqı küçələrə çıxarıb, özləri gizləndilər. Yenə qeyd edirəm ki, bu mümkün olmayan bir şeydir və bu prizmadan Zərdüşt müəllimin fikri səhvdir.
Zərdüşt mənim böyük qardaşımdır. əslində mən onun fikirlərinə münasibət bildirmək istəmirəm. Amma onun bu dediyi mümkünsüzdür. Artıq Zərdüşt siyasətdən gedib, jurnalistika məktəbi açıb, jurnalist yetişdirir.
- Sizcə, bugünkü müxalifətin inqilab etmək potensialı varmı? Ümumiyyətlə, müxalifət nəyəsə qadirdirmi?
- Müxalifət özünün 20 illik fəaliyyəti nəticəsində heç nə əldə etməyib və heç nəyə qadir deyil. Onlar son illərdə yeni fikir irəli sürüblərmi? Xeyr. İndi gündəmə atılmış Milli Şura məsələsi də 1991-ci ildə vertolyot qəzasından sonra parlamentdə olan “demblok”un Mütəlllibova "atdığı" fikirdir. O vaxt müxaliflər xalqın naminə 25 deputatla Milli Şurada birləşəcəklərini və xalqa xidmət edəcəklərini dedilər. Qarşılığında isə qanunverici hakimyyəti ələ alıb, dövlət çevrilişi etdilər. Yəni təzə fikir yoxdur, onda da Milli Şura fikri idi, indi də. Amma indi 90-ci illər deyil ki, muzdla tərəfdar toplayib, inqilab edilsin. İndi xalq onlara inanmır. Ona görə də, heç bir inqilabdan söz gedə bilməz.
- Müxalifətin seçki ərəfəsində ABŞ səfiri ilə mütəmadi görüşlərini necə qiymətləndirirsiniz? Belə təəssürat yaranır ki, onlar xalqın rəğbətini qazanmaq əvəzinə, xarici qüvvələrin rəğbətini qazanmaq uğrunda mübarizə aparırlar...
- Onlar heç vaxt xarici qüvvələrin rəğbətini qazana bilməzlər. Qərb bunlara adi bir müqəvva kimi baxır. Qərbə müxalifət yalnız hərdən Prezident İlham Əliyevə təsir etmək üçün, pul vasitəsilə mitinqlərə çıxarmaq üçün lazımdır.
Mən ən çox gənclərin halına yanıram. Çünki müxalifət Azərbaycan gənclərinin vətənpərvərliyindən sui-istifadə edir.
İmran Mustafayev