Moldovada “erməni soyqırım”ı ləğv edildi

Moldovada “erməni soyqırım”ı ləğv edildi
  23 Aprel 2015    Oxunub:2116
Moldovanın paytaxtı Kişinyovda “Odeon” kinoteatrında ermənilərin “soyqırım”ından bəhs edən “Çapıq” (Şram) adlı filmin nümayiş etdirilməsi dayandırılıb.
Bu barədə AzVision.az “Rosbalt” agentliyinə istinadən xəbər verir.

“Filmin nümayişinə bir neçə dəqiqə qalmış filmin nümayişinin dayandırılması elan olunub. Bu biabırçı vəziyyətdir”, - deyə Moldovada erməni icmasının aktivistlərindən biri Stansilav Varatanyan sosial şəbəkələrdə yazıb.

Erməni icmasının rəhbərlərindən biri Ernest Vartanyan kinoteatra toplaşanlara bildirib ki, film “erməni soyqırım”nın 100 illiyinə həsr olunub və siyasi baxışlara görə nümayiş etdirilməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti