Xalidə Xalid və sürücüsü təhvil verilməyib

Xalidə Xalid və sürücüsü təhvil verilməyib
  25 May 2013    Oxunub:1280
Təbrizdə tutulan Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ də Azərbaycan tərəfinə təhvil verilməyib. Bu barədə Apa-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

E. Abdullayev qeyd edib ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu vəziyyəti aydınlaşdırmaq üçün İran tərəfi ilə təmasları davam etdirir.

Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını açıqlayıb.


Teqlər:  





Xəbər lenti