TV-lərin Bədii Şuralarına kimlər daxildir - SİYAHI

TV-lərin Bədii Şuralarına kimlər daxildir - SİYAHI
  25 May 2013    Oxunub:1963
Televiziyalarda yaradılan Bədii Şuranın tərkibində kimlər var?
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, “Xəzər” TV və İctimai TV-da Bədii Şuranın yaradılması barədə MTRŞ-a məktub göndərib.

Azvision.az məsələnin nə yerdə olduğunu öyrənmək məqsədi ilə telekanallarla əlaqə saxlayıb, hansı televiziyada Bədii Şuranın yaranıb başa çatdığını öyrənib.

“Xəzər” televiziyasının sözçüsü Aqşin Kamal bildirib ki, “Xəzər” televizyasındakı Bədii Şura artıq yardılıb və 5 üzv, bir sədrdən ibarətdir.

“Şuranın sədri “Xəzər” televiziyasının prezidenti Hüseyn Dinləməzdir. Üzvüləri isə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Mədəniyyət və İncəsənət Universitetinin Səhnə Danışığı Kafedrasının dosenti, əməkdar artist Azad Şükürov, “Xəzər” televiziyasının Xəbərlər departamentində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimi Mübariz İsmayılov, fəlsəfə elmləri namizədi, eyni zamanda “Xəzər” televiziyasında İnsan Resursları Deparatamentinin rəhbəri Vüqar İsayevdir .

A.Kamalın sözlərinə görə, Şura televiziyada dil, üslüb, nitq, nitq mədəniyyəti məsələlərinə baxacaq. “Şuranın üzvlərinə də nəzər yetirsəniz görərsiniz ki, burada həm dilçilər, ədəbiyyatçılar, incəsəsnət adamları var. Buna görə də burada hər şeyə nəzər yetiriləcək. Çünki televiziya etalondur və orada hər şey düzgün olmalıdır. Ona görə də şura və şuranın üzvləri çalışacaq ki, bu məsələlər öz həllini tapsın. Biz rəsmi qaydada MTRŞ-ya müraciət etmişik və təsdiqlənib. Hələ ki, yeni fəaliyyətə başlayıb, iş mexanizmi haqqında mən sizə dəqiq məlumat verə bilməyəcəm. Çünki iş prinsipi müəyyən olunduqca özü özlüyündə hər şeyi göstərəcək”.

Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sözçüsü Xatirə Qasım bildirib ki, televiziyada Bədii Şura var və ora televiziyaın baş redaktorları, departament rəhbərləri, cəmiyyətimizdə tanınmış şxsləri daxildir .

İctimai Televiziyanın Elm və Təhsil departamentinin rəhbəri Cəsarət Valehoğlu isə qeyd edib ki, televiziya Bədii şuranı formalaşdırmaq mərhələsindədir, tam olaraq iş prinsipləri müəyyənləşməyib. “Təxminən 9 nəfərdən ibarət heyət olacaq. Burada Azərbaycan dilinin normalarına əməl olunması ilə bağlı xüsusi bizim fəaliyyət imkanlarımız araşdırılır, yəni bu yanaşmada biz iş görəcəyik. Proqramların ssenari müəllifləri və aparıcılarla işlər aparılacaq. Heyətin tərkibində İctimai televiziyanın əməkdaşları və müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai xadimlər var”.

C.Valehoğlu qeyd edib ki, Bədii Şuranın tərkibi müəyyənləşib, yaxın vaxtlarda onun fəaliyyətə başlaması ilə bağlı toplantı keçiriləcək və ndan sonra biz yekdil olaraq fəaliyyətə başlayacayıq”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti