Ermənilər atəşkəsi pozub

Ermənilər atəşkəsi pozub
  25 May 2013    Oxunub:1172
Ermənilər Gədəbəydə yerləşən mövqelərimizi atəşə tutublar
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumata görə, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti