Əliyev-Sərkisyan görüşü ilin sonunadək baş tuta bilər

Əliyev-Sərkisyan görüşü ilin sonunadək baş tuta bilər
  25 May 2013    Oxunub:1345
ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Yan Kelli (ABŞ) və Jak For (Fransa) yaxın həftələr ərzində Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşərək Dağlıq Qarabağ probleminin həllinə dair qarşılıqlı məqbul yanaşmaları müzakirə edəcəklər.

Bu barədə həmsədrlərin regiona səfərlərinin nəticəsi ilə bağlı verdikləri bəyanatda deyilir.

Xatırladaq ki, həmsədrlər mayın 2-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev, 24-də isə İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüblər.

Apa-nın məlumatına görə, bəyanatda vurğulanır ki, görüşlər zamanı «prezidentlər və həmsədrlər son görüşdən sonrakı inkişafı müzakirə edərək sülh prosesinə tərəfdar olduqlarını təsdiqləyiblər və bu ilin sonunda prezidentlərin görüşünün təşkil edilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar».

Həmsədrlər münaqişənin həll olunması prosesinin irəliyə aparılması istiqamətində ideyaların öyrənilməsinə hazır olduqlarını ifadə edərək bir daha danışıqlara zərər və gərginlik gətirə biləcək fəaliyyət və ritorikadan yayınmağın lazımlılığını bəyan ediblər.


Teqlər:  





Xəbər lenti