Millət vəkili sevincini AzVision.az-la bölüşdü

Millət vəkili sevincini AzVision.az-la bölüşdü
  24 May 2013    Oxunub:1260
“Ona çox minnətdaram”
“50 yaşımda Ümummilli lider Heydər Əliyev məni çox yüksək qiymətləndirərək, Şöhrət ordeni ilə təltif edib. Daha sonra 55 yaşımda prezident İlham Əliyev jurnalistlik fəaliyyətimi yüksək qiymətləndirərək, mənə Əməkdar jurnalist adı verib Indi isə 60 yaşımda məni Fəxri Fərmanı ilə təltif edir”.

Bu barədə AzVision.az-a millət vəkili Elmira Axundova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqda danışarkən deyib.

“Bu, dövlət başçısı tərəfindən mənə göstərilən diqqət, həm də yaradıcılığıma verilən yüksək qiymətdir. Mən ona çox minnətdaram. Bundan sonra da eyni ruhda, eyni səmimiliklə, qərəz olmadan, obyektivlik prinsiplərini rəhbər tutaraq, yolumu davam etdirəcəyəm”,- deyə o, bildirib.

Qeyd edək ki, millət vəkili prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti