Sabahın havası

Sabahın havası
  24 May 2013    Oxunub:1173
Hava mülayim olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə,sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Aqrometeoroloji şərh
Respublikanın bəzi rayonlarında mayın 27-28-də gözlənilən yağıntılı hava şəraiti kənd təsərrüfatı bitkilərinin normal inkişafını təmin etməklə yanaşı yetişməkdə olan taxıl bitkilərinin gövdələrinin yerə yatmasına səbəb ola bilər.

AzVision.az





Teqlər:  





Xəbər lenti