Oqtay Əsədov: “Söz veriləndə danışarsan”

 Oqtay Əsədov: “Söz veriləndə danışarsan”
  24 May 2013    Oxunub:1537
“Yaxşı olardı ki, təkvalideynli ailələrə diqqət artırılaydı”.
AzVision.az xəbər verir ki, bu barədə danışan millət vəkili Qənirə Paşayeva bugünkü iclasda bildirib ki, 1998-ci ildə imzaladığı Uşaq Hüquqları Haqqında konvensiyada tək uşaqlı ailələrə dövlətin diqqəti nəzərdə tutulub:

“Yaxşı olardı ki, dövlətin imkanları daxilində uşaqlarla bağlı qanunlara yenidən baxıb, tək valideynli ailələrə diqqət artırılaydı”.
Millət vəkili İqbal Ağazadə isə Təhsil Nazirliyinin dövlət proqramı ilə xaricdə təhsillə bağlı universitetlərin siyahısını açıqlamasını zəruri sayıb.

Onun sözlərinə görə, bu siyahıya ABŞ-dan 3, Belarusi, Ukrayna kimi dövlətlərin 80-ə qədər universitetin daxil edilməsini absurd sayıb: “Bəlkə SSRİ bərpa edilir, xəbərimiz yoxdur?!”.

İqbal Ağazadə Vəkillər Kollegiyasının ləğv olunmasını təklif edib:
“Hansı vəkil iqtidarın siyasətindən kənar mövqe ifadə edir, dərhal onu Vəkillər Kollegiyasından uzaqlaşdırır, əslində işindən uzaqlaşdırırlar”.

O, qəzet satışı köşklərinin yığışdırılmasının da düzgün olmadığını vurğulayıb və qəzet almaq üçün köşk tapılmadığını söyləyib.
Oqtay Əsədov millət vəkilləri Zahid Oruc və İqbal Ağazadəni başqalarının arxasınca danışmamağa çağırıb:

“Heç kim oturduğu yerdə axıra kimi qalmır. İndi Mikayıl Cabbarov yeni təyin olunub, uğurlar olsun. Misir müəllim buradan gəldi, bu, oradan getdi… Qurtarın bu məsələləri”.

Bu zaman deputat İqbal Ağazadə ona söz verilməmiş danışaraq narazılıq edib. MM-in sədri O.Əsədov isə ona söz veriləndə danışmağı məsləhət görüb: “Siz danışanda mən danışmırdım. Bu nə hərəkətdir replika atırsız… Mən hamıdan çox replika atmaq imkanına malikəm”.

Milli Məclisin iclasında çıxış edən deputat Etibar Hüseynov həmkarı İqbal Ağazadənin həbsdə olan gənclərin təcridxanada çəkilmiş fotoşəkillərini yaymasına ötən iclasda etiraz bildirməsinə qarşı çıxdı.

O, iddia etdi ki, bu şəkillər elə məhbusların özləri tərəfindən çəkilib və yayılıb. “Rauf Arifoğlu, Pənah Hüseyn və digərləri 2000-cü ildə Bayıl həbsxanasında yatanda onların həbsxana şəkilləri qəzetlərdə yayılırdı. Özləri də deyirdilər ki, bu şəkilləri özləri çəkiblər. İndi necə olur ki, gənclərin yayılan şəkillərindən onların özlərinin xəbəri olmur? Bu gün Müsavat və AXC arasında böyük nüfuz davası gedir və bu şəkillər həmin gənclər tərəfindən çəkilib, yayılıb”.

Ardınca E.Hüseynov spikerin məsıələyə sərgilədiyi mövqeyə qarşı çıxdı: “ Bu işi kim görübsə, istər cəbhəçilər, istər polislər, mən bunu alqışlayıram və Oqtay müəllimdən fərqli olaraq, onlara “ar olsun” yox, “onlara eşq olsun” deyirəm.



Teqlər:  





Xəbər lenti