DİN Aeroportda baş verən qətllə bağlı məlumat yayıb

DİN Aeroportda baş verən qətllə bağlı məlumat yayıb
  24 May 2013    Oxunub:1200
Daxili İşlər Nazirliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verən qətllə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 23-də saat 14.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunun avtomobil dayanacağında Şərur rayon sakini Sahib Musayev tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus "VAZ-2106" markalı avtomaşında qisas məqsədilə Ordubad rayon sakini Alim Əhmədovu bıçaqla qətlə yetirib.

Hadisəni törətmiş şəxs meyiti, həmin maşınla Nərimanov Rayon Polis İdarəsinə gətirərək, könüllü təslim olub.


Teqlər:  





Xəbər lenti