“Yüzlərlə məktəb var ki, bir tələbə yetişdirməyib”

“Yüzlərlə məktəb var ki, bir tələbə yetişdirməyib”
  24 May 2013    Oxunub:1413
“Əslində, cənab prezidentin təhsil nazirini dəyişməsi həm də bu sferada onu bəzi məqamların qane etməməsini göstərir”.
AzVision.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında millət vəkili Zahid oruc çalınacaq son zəngdən danışıb:

“Sabah tədris ili başa çatır. 130 min nəfər yeniyətmə cəmiyyət həyatına ayaq basır. Heç şübhəsiz ki, son zəng tək onlar üçün deyil, bizim üçün də çalınır. Bu baxımdan bu insanların elmi potensialı də bizim atacağımız addımdan çox asılıdır. Əslində, cənab prezidentin təhsil nazirini dəyişməsi həm də bu sferada onu bəzi məqamların qane etməməsini göstərir. Biz istərdik ki, ilk addımlardan biri kimi müəllimlərin sosial statusu güclənsin. Cəmiyyətin inkişafı həm də təhsildən asılıdır”.

Millət vəkili çıxışı zamanı deyib ki, Azərbaycan parlamenti gözləyir ki, Təhsil şöbələri icra hakimiyyətlərinə deyil, Təhsil Nazirliyinə tabe olsun və bu idarəçilik effektiv işləsin: “TQDK ilə Təhsil nazirliyini birgə fəaliyəti qəbul prosesində nöqsanları ortaya qoymaqla vahid bir işə çevrilsin . Azərbaycanın yüzlərlə məktəbi var ki, bir tələbə yetişdirməyib. Bu bizim üçün siqnal olmalıdır. Mən düşünürəm ki, artıq “Elm haqqında” qanun hazırlanıb. Oqtay müəllimə buna görə təşəkkür edirəm. Növbədənkənar sessiyasi dövründə qəbul olunacaq. Buna ehtiyac var. Son zəngi parlament üzərində çalınmış bir zəng kimi sayıram. Gələcək təhsil və elm sayəsində daha ciddi addımlar ataq”.
Spiker Oqtay Əsədov bildirib ki, Parlametin son zəngi 2015-ci ilin noyabrında olacaq. Onda məlum olacaq ki, ikinci pilləyə kim keçəcək, kim yox”.

Sevin iltifatqızı


Teqlər:  





Xəbər lenti