Morninqstar: Niyəsi çox maraqlıdır
Səfir vurğulayıb ki, Azərbaycanla Türkmənistan öz sularında "Transxəzər qaz kəməri"nin çəkilməsi hüququna malikdir və dəniz sərhədlərini müəyyənləşdirməlidirlər.
“ABŞ-ın mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında razılıq əldə olunarsa, bu kimi boru kəmərlərinin çəkilməsində heç bir maneə olmayacaq. Amma, hər bir ölkə bu işdə irəliyə doğru atılacaq hər bir addımın siyasi nəticəsini özü üçün müəyyən etməlidir”.
Sərhədlərin haradan, necə keçirilməsinə aydın cavab yoxdur - deyən Morninqstar onu bda bildirib ki, burada bir kompromis olmalıdır, hər iki tərəf öz aralarında razılığa gəlməlidir.
“Həm Azərbaycan, həm Türkmənistan boru kəmərlərinin çəkilməsi ilə bağlı irəliyə doğru addım atmaq istəyir. Çünki sonda bu boru kəməri Xəzərin dibi ilə hər iki ölkənin sektoru boyu tikiləcək”.
Səfirin sözlərinə görə, boru kəmərlərinin ətraf mühitə mənfi təsiri olmamalıdır:
"Sahilboyu ölkələr bununla əlaqədar razılığa gəliblər. Bəzi ölkələr nədənsə, Xəzərdə istismardan danışılarkən, ətraf mühitin mühafizəsi məsələlərini ön plana çıxarmağa başlayırlar. Görəsən niyə, çox maraqlıdır".