Özəl universitetlərdə jurnalistika fakültəsi yenidən açıla bilər

  23 May 2013    Oxunub : 466
Özəl universitetlərdə jurnalistika fakültəsi yenidən açıla bilər
Bu ixtisas üzrə tələbə qəbulu bərpa oluna bilər
Bu barədə AzVision.az saytının sorğusunA cavab olaraq Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Bildiriblər ki, gələcəkdə hər hansı ali təhsil müəssisəsində “jurnalistika” ixtisası üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradıldığı halda bu ixtisas üzrə tələbə qəbulu bərpa oluna bilər.

Qeyd edək ki, ötən il Təhsil Nazirliyi özəl ali məktəblərdə jurnalistika fakültələrinə qəbulu dayandırıb.

Sevinc İLTİFATQIZI

Teqlər: