Prezident NATO baş katibinin müavinini qəbul edib

Prezident NATO baş katibinin müavinini qəbul edib
  23 May 2013    Oxunub:1619
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO baş katibinin müavini Qabor İklodini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.
Özünün Brüsselə, NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfərlər zamanı aparılan müzakirələrin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan-NATO əməkdaşlığının gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması işinə təhsil, təcrübə mübadiləsi və digər sahələrdə də kömək edə bilər.

NATO baş katibinin müavini Qabor İklodi "Meydana çıxan təhlükəsizlik çağırışları: XXI əsrdə enerji təhlükəsizliyinin genişləndirilməsi" mövzusunda Bakıda keçirilən konfransın önəmini vurğuladı.

NATO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini qeyd edən qonaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinə, ölkəmizin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

O, NATO-nun Əfqanıstandakı 2014-cü ildən sonrakı missiyasında Azərbaycanın iştirakı ilə bağlı mövqeyini də yüksək qiymətləndirdi.

Görüşdə enerji təhlükəsizliyi, nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti