Ramazan ayı nə vaxt başlayır?

Ramazan ayı nə vaxt başlayır?
  23 May 2013    Oxunub:1593
Azərbaycanda Ramazan ayının başlanmasının dəqiq tarixi açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun Apa-ya verdiyi məlumata görə, Ramazan ayının başlanmasını bildirən yeni ay iyulun 8-də gündüz saat 12.16-da görünəcək: “Astronomik təqvimlə həmin axşam niyyət axşamıdır, iyulun 9-dan isə orucluq başlayır”.

Onun sözlərinə görə, növbəti ay avqustun 7-də gecə saat 02.52-də təzələnəcək.

Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda Ramazan bayramı avqustun 8-9-da qeyd olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti