“Qarabağ” kitabı təqdim olundu

“Qarabağ” kitabı təqdim olundu
  23 May 2013    Oxunub:1601
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə “Qarabağ” kitabının təqdimat mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı deyib ki, son dövrlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ideoloji vasitə kimi təbliğat materiallarından səmərəli istifadə olunur. Məhz buna görə, dünyanın müxtəlif ölkələrində Qarabağ həqiqətlərinin tanıdılması ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilir və xarici ölkələrin nüfuzlu media orqanlarında Azərbaycan həqiqətləri çap olunur.

Bu kitabdan 11-i Azərbaycanda, 6-sı isə Türkiyə universitetlərində təhsil alan türkiyəli tələbələrin dəstəyi ilə çap olunub. Kitabda 17 məqalə dərc olunub. Bu istiqamətdə aparılan dövlət siyasətinin tərkib hissəsi kimi “GEAD” İctimai Birliyi də Qarabağ həqiqətlərinin hüquqi, siyasi, sosial-iqtisadi və psixoloji aspektdən elmi tədqiqatlar müstəvisində təhlil olunmasını zəruri hesab edərək, “Qarabağ” xüsusi buraxılışı-məqalələr toplusunun hazırlanmasını əhəmiyyətli hesab edib. İctimai Birliyin sədri öz çıxışında Qarabağ həqiqətlərinin elmi tədqiqatlar mövzusuna çevrilməsini, gənc alimlərin bu sahədə olan elmi tədqiqatlara istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul katibi Vüsal Quliyev, Türkiyə Səfirliyinin mədəniyət müşaviri Seyid Ahmet Arslan, Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov, SAM-ın şöbə müdiri Tahirə Allahyarova, həmçinin deputatlar, AMEA-nın müxtəlif institutlarının, ali məktəblərin, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və digər təşkilatların nümayəndələri də iştirak ediblər.

Anar


Teqlər:





Xəbər lenti