Gürcüstanla sərhəd yolunda qəza: ölən və yaralanan var

  23 May 2013    Oxunub : 501
Gürcüstanla sərhəd yolunda qəza: ölən və yaralanan var
Yol qəzasında bir nəfər ölüb
Baş Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsindən AzVision.az-a verilən məlumata görə, mayın 22-də saat 20.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəddi yolunun Zaqatala rayonu ərazisindən keçən 119-cu km-də, 24 yaşlı rayon sakini Hüseynov İldırım Şamil oğlunun idarə etdiyi "VAZ-21011" markalı maşın 62 yaşlı Balakən rayon sakini Cəlilov Murtuzəli Həmid oğlunun idarə etdiyi "Ford Transit" markalı maşınla toqquşub.

Hər iki sürücü xəsarət alaraq mərkəzi xəstəxanaya yerləşdirilib.
İldırım Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: