Sürücülərdən biri ölüb, biri yaralanıb

Sürücülərdən biri ölüb, biri yaralanıb
  23 May 2013    Oxunub:1285
Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Mayın 21-də saat 22.00 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, "Təmiz şəhər" adlanan ərazidə 1987-ci il təvəllüdlü Quliyev Sərdar Ağa oğlunun idarə etdiyi "Opel"markalı maşınla, 1985-ci il təvəllüdlü Cəfərov Taleh Şaiq oğlunun idarə etdiyi "Mersedes Benz" markalı "Az 90-NJ-298" dövlət nömrə nişanlı maşınlar toqquşub.

Hər iki sürücü xəsarət alaraq 3 saylı ŞKX-a yerləşdiriliblər.
Quliyev Ağa Sərdar oğlu 22 may 2013- cü il tarixdə saat 08.00 radələrində xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti