Gəmidə batan azərbaycanlıların adları – SİYAHI

Gəmidə batan azərbaycanlıların adları – SİYAHI
  02 Aprel 2015    Oxunub:4229
Rusiyanın Oxot dənizində göyərtəsində 132 nəfərin olduğu “Dalnıy Vostok” balıqçı gəmisində olan 7 nəfər azərbaycanlıların adı açıqlanıb.
Bu barədə AzVision.az Rusiya FHN-nin saytına istinadən xəbər verir.

Məlumata əsasən gəmi batan zamanı onun göyərtəsində olan azərbaycanlılar bunlardır:

Məhəmməd Səfər oğlu Səfərov (12.02.1964)
Muradəli Qurban oğlu Məhərrəmov (09.04.1987)
Elman Sərdan oğlu Əliyev (17.10.1964)
Mayilağa Ulduz oğlu Talıbov (28.12.1964)
İmaməddin Hidayət oğlu Sadıqov (23.02.1969)
Fazil Bilal oğlu Şakirov (23.10.1959)
Yaşar Sərdan oğlu Əliyev (13.03.1975)

Rusiyanın “Lifenews” saytının xilas edilən şəxslərlə bağlı açıqladığı siyahıda azərbaycanlılardan yalnız 3-nün adı var. Onlar Mayilağa Talıbov, Elman Əliyev və İmaməddin Sadıqovdur. Onların sağlamlıq durumu barədə məlumat verilmir.

Qeyd edək ki, bu gün Oxot dənizində Rusiyaya məxsus gəmi batıb. Son məlumatlara əsasən gəminin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb. Son məlumatlara əsasən 63 nəfər xilas edilib.

Hazırda gəminin göyərtəsində olan 15 nəfərin axtarışı davam etdirilir. Onların batmış gəminin anbar hissəsində ola biləcəyi ehtimal olunur.

Xilasetmə əməliyyatları ilə bağlı hadisə yerinə 26 gəmi göndərilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti