Avropadan Ermənistana zibil pulu - 8 milyon

Avropadan Ermənistana zibil pulu - 8 milyon
  02 Aprel 2015    Oxunub:2542
Ermənistan zibilin təmizləməsi üzrə bələdiyyə təşkilatlarının dəstəklənməsi məqsədilə Avropa təşkilatlarından 8,07 milyon avro alacaq.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan hökuməti “Kotayk vilayətində bərk tullantılarının idarə olunması” haqqında sazişi imzalayıb.

Ümumi məbləğin 3,5 milyon avrosu Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən ayrılacaq. Daha 3,5 milyon avronu Avropa Qonşuluq Siyasəti çərçivəsində ayrılacaq. 1,07 milyon avro isə texniki dəstək formasında ayrılacaq. Bununla da, proqramın ümumi həcmi 8,07 milyona çatıb.

Proqram Kotayk vilayəti və Sevan şəhərində zibillərin təmizlənməsi üzrə idarənin təchizatına yönəldiləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti