Avtobus qəza törətdi: 1 ölü, 1 yaralı

Avtobus qəza törətdi: 1 ölü, 1 yaralı
  23 May 2013    Oxunub:1089
Bakıda Binəqədi şossesində sərnişin avtobusu qəza törədib.

Rayon Prokurorluğundan AzVision.az verilən məlumata görə, mayın 22-si saat 22:00 radələrində 165 saylı marşrut üzrə Binəqədi şossesi ilə hərəkət edən edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçən piyadalar - 1961-ci təvəllüdlü Balabəy Qasımov və 1971-ci təvəllüdlü Xanbala Mirzəyevi vurub.

Hadisə nəticəsində Balabəy Qasımov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yaralı Xanbala Mirzəyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti