Ərdoğan prokurorun yasında Quran oxudu - VİDEO

Ərdoğan prokurorun yasında Quran oxudu - VİDEO
  02 Aprel 2015    Oxunub:2438
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların girov götürüb öldürdüyü prokuror Mehmet Səlim Kiraz üçün Quran oxuyub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə bağlı olaraq Rumınıya səfərini yarımçıq qoyub geri qayıdan prezident şəhid prokurorun vida mərasimində iştirak edib və daha sonra onun ailəsinə baş çəkib.

Ərdoğan ziyarəti zamanı `Quran-i Kərimdən` “İnfitar” surəsini oxuyub.

Misirin məşhur hafizlərindən Fərəcallah əş-Şazəli Ərdoğanın Quran oxuyarkən çəkilmiş videosunu YouTube sosial şəbəkəsində izləyib və onun ifasını yüksək qiymətləndirib.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazı öz iş otağında girov götürmüşdü. Polisin keçirdiyi əməliyyatla prokuror azad olunsa da o, aldığı silah yarasından xəstəxanada dünyasını dəyişib.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti