Türkiyədə əməliyyat: 9 azərbaycanlı saxlanıldı

Türkiyədə əməliyyat: 9 azərbaycanlı saxlanıldı
  02 Aprel 2015    Oxunub:4125
Türkiyədə plagiat kitab nəşri ilə məşğul olan 9 azərbaycanlı saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kocaəli vilayətinin Qəbzə qəsəbəsində yaşanıb.

Belə ki, Qəbzə Polis İdarəsinin üzvləri bölgədə plagiat kitab çapı ilə məşğul olan nəşriyyatda əməliyyat həyata keçiriblər. Mətbəədən 2 848 ədəd satışa hazır olan kitab ələ keçirilib.

Əməliyat nəticəsində polis həmin yerdə işləyən 9 Azərbaycan vətəndaşını da həbs edib.

Sevinc


Teqlər:





Xəbər lenti