Türkiyədə daha bir terror şoku - Ölən var

Türkiyədə daha bir terror şoku - Ölən var
  02 Aprel 2015    Oxunub:1912
İstanbulda polis məntəqəsinə silahlı hücum olub.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisəni 2 kişi, 1 qadın törədib.

Polisin cinayətkarlara cavab atəşi açması nəticəsində basqınçılardan biri - qadın öldürülüb. Onun üzərində partlayıcı qurğu aşkar edilib. Terrorçulardan biri saxlanılıb, digəri isə qaçmağa müvəffəq olub.

Hadisə nəticəsində bir polis əməkdaşı da xəsarət alıb. Bu, gün ərzində İstanbulda ikinci oxşar hadisədir.

AzVision.az


Teqlər:  





Xəbər lenti