Dubay şexyi Şəhidlər xiyabanında

Dubay şexyi Şəhidlər xiyabanında
  02 Aprel 2015    Oxunub:1963
Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Şəhidlər xiyabanını ziyarət edib.
AzVision.az-ın verdiyi məlumata görə, şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum şəhidlərin məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti