Baş nazir Kardaşyanla qohum çıxdı

Baş nazir Kardaşyanla qohum çıxdı
  01 Aprel 2015    Oxunub:2878
İngiltərənin baş naziri Devid Kameron erməni əsilli amerikalı teleulduz Kim Kardaşyanla qohum olduğunu etiraf edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, baş nazir “Kim Kardaşyanın apardığı şouya” baxıb-baxmadığı barədə suala belə cavab verib:

“Yox, baxmıram. Amma onlarla qohumam. Mənim Kardaşyanlarla 13-cü dərəcədən qohum olduğumu bilirdiniz?”
Devid Kameronla Kim Kardaşyanın 1555-ci ildə anadan olan Ser Uilyam Spenserlə eyni nəsildən olduğu bildirilir. Baş nazirinin təkcə Kardaşyanla deyil, eyni zamanda İngiltərə kraliçası Elizabetlə də qohum olduğu deyilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti