Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
  22 May 2013    Oxunub:1271
Lənkəran şəhərində keçiriləcək qəbulda Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Lənkəran rayonlarlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən mayın 24-də Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Lənkəran rayonlarlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaqdır.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Lənkəran regional ədliyyə şöbəsi (telefonu: (02171) 4-26-72; 050-331-18-81; Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi 15), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti