Coşqun Rəhimovun vəziyyəti necədir?

Coşqun Rəhimovun vəziyyəti necədir?
  22 May 2013    Oxunub:1786
“Yeni layihənin baş tutub-tutmayacağı məlum deyil”.
“Aktyor Coşqun Rəhimovun vəziyyəti çox yaxşıdır. Dünən onunla bir yerdə oturub, yeyib-içmişik. Sabah da bir yerdə olacağıq”.

Bu barədə AzVision.az-a aktyorun produsseri Ramil Nuriyev məlumat verib.
Aktyorun prodüsseri bildirib ki, yayılan məlumatlar əsassızdır : “Hazırda yeni layihə üzərində danışıqlar gedir. Layihə haqda hələ ki, heçnə demək istəmirəm, reallaşsın sonra danışarıq. Çünki yeni layihənin baş tutub-tutmayacağı məlum deyil. Ayın axırına kimi isə planda heç bir iş yoxdur”.

Qeyd edək ki, aktyorun vəziyyətinin pisləşməsi haqqında xəbərlər yayılıb.

Xatırladaq ki, Coşqun Rəhimov xeyli müddət əvvəl qalxanabənzər vəzinin xərçəngi diaqnozu ilə Bakıda xəstəxanaya yatırılıb və əməliyyat olunub. 12 saat davam edən əməliyyatdan sonra aktyorun səsini itirmək təhlükəsi olsa da, həkimlər narahatçılığa heç bir əsasın olmadığını bildirib.

Nihadə Eyyubova



Teqlər:  





Xəbər lenti