“Uşaq əməyindən istifadə hələ qalır”

“Uşaq əməyindən istifadə hələ qalır”
  22 May 2013    Oxunub:1297
Bu gün Milli Məclis və UNİCEF tərəfindən “Uşaq hüquqları və Biznes Prinsipləri” adıı altında tədbir təşkil olunub.
AzVision.az xəbər verir ki, tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Sosial Siyasət komitəsinin sədri Hadi Rəcəbli, UNiCEF-in Azərbaycandakı nümayəndələrinin rəhbəri Mark Herevar, BMT-in Rezident Koordinatoru Antonios Broek iştirak edib.

Tədbirdə çıxsış edən Bahar Muradova bildirib ki, Azərbaycanla UniCEF arasında əlaqələri vardır:

“Bu gün uşaq hüquqları barədə fikir mübadilələri aparacağıq.
Mən UNiCEF-in Azərbaycandakı nümayəndələrinin rəhbəri Mark Herevarda şəxsən təşəkkürümü bildirəm. Əlbəttə, uşaqların hüquqlarına hörmətlə yanaşmaq, onların sağlamlığı təhsili, təhlükəsizliyini həyata keçirmək hər bir dövlətin vəzifəsidir. Azərbaycan da bu yöndə bir sıra işlər görüb”.

B. Muradovanın sözlərinə görə, Azərbaycan o dövlətlərdəndir ki, uşaqlarla bağlı vəziyyət inkişaf etmiş və inkişaf etməkdə olan qonşu dövlətlərdən qat-qat yaxşıdır. Amma, heç kim deyə bilməz ki, problemlər yoxdur. Uşaq əməyindən istifadə hələ də qalır. Bu da daha çox sosial vəziyyəti yaxşı olmayan valideynlərindən məhrum olan uşaqların daha çoxdur. Halbuki, bu uşaqlaırn valideynləri Biznes qurumlarında işçi kimi işləyir, dövlət bu istiqamətdə proqramlar hazırlayır. Biznes qurumlarının hədəfləri ondan ibarət olmalıdır ki, dövlətə dəstək versin”.-deyə o vurğulayıb.

Bahar Muradova onu da vurğulayıb ki, bu gün biz bu bu tədbirə 20-ə yaxın böyük biznes şirkətlərini dəvət etməyimizə baxmayaraq, onların çox az qismi bu tədbirə qatılıb. Millət vəkili, tədbirə qatılanlara öz təşəkkürünü bildirib.

Tədbirdə UNİCEF-in Bakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış edərək bildirib ki, uşaqların hüquqlarının tapdalanması gələcəkdə onların həyatına mənfi təsir göstərə bilər və bütövlükdə cəmiyyətə mənfi təsir göstərə bilər.

O qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər təqribən 3 milyona yaxın şəxs var.“Uşaqlar biznesdə həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edir. Bizneslər öz fəaliyyətlərini həyata keçirdiyi zaman uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərinin nəzərə almalıdırlar”, - o deyib.

Herevard vurğulayıb ki, uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, Beynəlxalq konvensiyalar hər kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq hüquqlarının təmin olunmasında iştirak edək.

“Lakin bir sıra hallarda insan hüquqları barədə müzakirlər aparılan zaman bəzən uşaqların hüquqları nəzərə alınmır. Biznes düzgün istiqamətə yönəldiyi halda uşaq həyatına müsbət təsir göstərə bilər”-deyə o bildirib.


Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti