“Sərkisyana deyin, mən satılmıram”

“Sərkisyana deyin, mən satılmıram”
  18 Fevral 2013    Oxunub:1790
“Qoy, pulları qaytarsınlar və vicdanlarını azad etsinlər”.
Ermənistan mətbuatının yazdığına görə, “QALA” teleşirkətinə gələn seçici xanım özü ilə üzərinə “Serj Sərkisyana çatdırın ki, mən satılmıram” sözləri yazılan seçki bülletenini gətirib. Erməni qadın seçki qutusuna saldığı zərfə 5 min dram (12 dollar) da qoyduğunu sübut edən fotonu da jurnalistlərlə paylaşıb.
“Mən həmişə seçkiqabağı rüşvətin əleyhinə olmuşam. Ancaq bu dəfə bunu etməyimə səbəb bu zərfin Sərkisyana çatdırılmaq istəyimdir. Qoy, o anlasın ki, heç də hamı satılmır”,-deyə vətəndaş bildirib. Onun sözlərinə görə, o, bununla öz etirazını bildirib. Seçici qadın rüşvət alan digər vətəndaşları da analoji etiraza səsləyib:Qoy bu pulların qaytarılması aksiyası başlasın. O pulları qaytarsınlar və vicdanlarını azad etsinlər”.
Qadın teleşirkət rəhbərliyindən seçki qutusuna atdığı 5 min dramın taleyi ilə maraqlanmalarını xahiş edib.


Teqlər:  





Xəbər lenti