Mikayıl Cabbarov türkiyəli həmkarını qonaq edəcək

Mikayıl Cabbarov türkiyəli həmkarını qonaq edəcək
  21 May 2013    Oxunub:1053
İki qardaş ölkənin təhsil nazirləri birgə şam edəcəklər
Mikayıl Cabbarov Türkiyənin təhsil naziri Nabi Avcının şərəfinə şam yeməyi təşkil edəcək. AzVision.az-a bu barədə Türkiyənin Təhsil Nazirliyindən məlumat veriblər. Bildiriblər ki, təhsil naziri Mikayıl Cabbarov Azərbaycana iki günlük səfərə gələn Türkiyənin təhsil naziri Nabi Avcının şərəfinə şam yeməyi təşkil edəcək.

Qeyd edək ki, türkiyəli nazir bu gün Bakıda keçirilən Qafqaz Universitetləri Birliyinin (KUB) III konqresində iştirak etmək üçün Azərbaycana səfər edib. Səfər zamanı nazir Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşüb, təhsil sahəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti