Nazpəri-İlhamə çəkişməsi iyuna qaldı

 Nazpəri-İlhamə çəkişməsi iyuna qaldı
  21 May 2013    Oxunub:1374
Xalq artistinin iddiası üzrə mülki işin hazırlıq iclası keçirilib
Bu gün Nəsimi Rayon Məhkəməsində Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Türk dünyasının sənət kraliçası, Dünya Sülh Səfiri İlhamə xanım Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş ziyanın ödənilməsinə dair iddiası üzrə mülki işin hazırlıq iclası keçirilib.

Bu barədə AzVision.az-a İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli məlumat verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın iddia ərizəsi qanuni olduğu üçün iş məhkəmə baxışına təyin edilib. Məhkəmənin növbəti iclası 10 iyun 2013-cü il, saat 11:00-a təyin olunub.

Xatırladaq ki, İlhamə Quliyeva şərəf və ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi və ona dəymiş ziyanın ödənilməsinə dair Nazpəri Dostəliyevaya qarşı mülkü iddia qaldırıb. Sənətkar Nəsimi Rayon Məhkəməsindən xahiş edib ki, qarşı tərəfdən maddi ziyana görə 200 000 AZN, mənəvi ziyana görə 500 000 AZN tutulub ona verilsin.

Şahanə Rəhimli



Teqlər:  





Xəbər lenti