Müsabiqədənkənar qəbul üçün 65 müraciət olub

 Müsabiqədənkənar qəbul üçün 65 müraciət olub
  21 May 2013    Oxunub:1324
Onlardan 61-i idman müsabiqəsinin qalibləri, 3 nəfər beynəlxalq fənn olimpiadasının qalibi (2-si riyaziyyat, 1-i isə kimya fənni üzrə), 1 nəfər isə beynəlxalq musiqi festivalının qalibidir.
Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) 65 müraciət daxil olub.

AzVision.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. TQDK sədri bildirib ki, onlardan 61-i idman müsabiqəsinin qalibləri, 3 nəfər beynəlxalq fənn olimpiadasının qalibi (2-si riyaziyyat, 1-i isə kimya fənni üzrə), 1 nəfər isə beynəlxalq musiqi festivalının qalibidir:

“Hazırda onların ərizələri araşdırılır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Bununla bağlı, bu kateqoriyadan olan abituriyentlər lazımi sənədləri 1 – 21 may tarixlərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər. Bu gün də onlar üçün ayrılan vaxt başa çatır”.

Anar


Teqlər:  





Xəbər lenti