TQDK-dan buraxılış imtahanları ilə bağlı yeni məlumat

TQDK-dan  buraxılış imtahanları ilə bağlı yeni məlumat
  21 May 2013    Oxunub:1373
Şagirdlərin buraxılış imtahanlarının vaxtı təsdiq olundu
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müxtəlif tipli xüsusi hallar olan orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi tarixləri təsdiq olunub.

Bildirilib ki, ingilis və ya gürcü dillərində olan orta ümumtəhsil müəssisələrində ana dili fənnindən buraxılış imtahanı həmin təhsil müəssisəsində yaradılmış xüsusi komissiya tərəfindən aparılacaq. Şagirdlərin yekun bilikləri müvafiq dil üzrə (ingilis və ya gürcü) yoxlanacaq.

Bu təhsil müəssisələri şagirdlərinin riyaziyyat imtahanı isə mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən aparılacaq, onlara suallar təlim aparılan dildə təqdim olunacaq.

Qeyd edilib ki, sağlamlıq imkanları məhdud olan şagirdlərin təhsil aldığı təhsil müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həmin təhsil müəssisələrində təşkil ediləcək.


https://azvision.az/redirect.php?url=http://tqdk.gov.az/az/press/news/Default.aspx?news=2989
AzVision.az


Teqlər:





Xəbər lenti