“AXCP, pulumuzu ver!”

“AXCP, pulumuzu ver!”
  22 May 2013    Oxunub:1495
Masallı fəhlələrinə pul vəd edib, Fuad Qəhrəmanlının görüşünə aparıblar
Masallı rayonundan Abuşov Mübariz Hüseyn oğlu, Eynullayev Nazim Gülağa oğlu, Rzayev Sahib Mirzə oğlu tərəfindən mətbuata ünvanlanan müraciət daxil olub. Müraciətdə AXCP rəsmisi Fuad Qəhramanlı haqda olduqca maraqlı məlumat yer aldığı üçün diqqətimizi cəlb edib.

Məlumatda deyilir ki, bu şəxslər mayın 11-də səhər saat 10-da işə getdikləri zaman AXCP- nin rayon təşkilatının rəsmisi Məmmədağa Eynullayevla rastlaşıblar. M. Eynullayev bildirib ki, mayın 12-də 2013-cü il saat 15-00-da rayonda yığıncaq keçiriləcək. “Kim iştirak etsə, 15 manat adam başına pul paylanacaq və veriləcək. Biz də razılaşdıq”.

Tədbirin mahiyyətindən xəbərsiz Masallı sakinləri bildirirlər ki, orada Məmmədağa Eynullayevin qohumu Yaqubla görüşüblər. Yaqub deyib ki, “arxayın olun özünüzlədə nə qədər adam gətirə bilirsinizsə gətirə bilərsiniz hamısına pul paylanacaq”.

Müraciətdə deyilir: “Bizdə səhərisi gün- mayın 12-də saat 3 radələrində onların iclas keçirdiyi yerə getdik iclasda və yığıncaqda iştirak etdik. İclas başa çatdı və biz oturub gözlədik ki, pulumuzu verəcəklər. Lakin pul istəyəndə mübahisə düşdü. Pulumuzu vermək istəmirdilər. Məmmədağanın yaxın adamı olan Yaqubdan pulumuzu tələb etdik. O Məmmədağadan istədi, sonra adama 5 manat pul verdilər və dedilər ki, qalan 10 manatı da Bakıdan gələn qonaqlar verəcək.

Bakıdan gələn qonaqların kimliyi ilə maraqlandıq. Dedilər ki, Fuad Qəhrəmanlı adlı birisidir. Dedilər AXCP rəhbərlərindən biridir. Fuad Qəhrəmanlının pul verəcəyini çox gözləsək də o, bizimlə görüşmədi və maşına əyləşərək çıxıb getdi”,- deyə qeyd edilən müraciətdə bildirilir ki, bu şəxslər pullarını tələb etsələr də nə AXCP-nin rayon təşkilatının sədri, nə də qohumu Yaqub onlara çatacaq 10 manatı verməyiblər.

“Ona görə də biz qərara gəldik ki, şikayətçi olaq və pulumuzu tələb eləyək. Sizə müraciət etməklə xahiş edirik ki, bizə köməklik göstərəsiniz ki, kütləvi informasiya vasitələrinin köməyi ilə pulumuz alınıb bizə verilsin. Xahiş edirik biz bir qrup fəhlələrə köməklik göstərəsiniz”,- deyə fəhlələr bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti