Film kimi oğurluq: 9 milyonu necə apardılar?

Film kimi oğurluq: 9 milyonu necə apardılar?
  11 Mart 2015    Oxunub:2165
Fransanın şərqində Yonna departamentində naməlum şəxslər zinət əşyaları daşıyan iki yük maşını qarət ediblər.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, onlar yük maşınlarından 9 milyon avro dəyərində zinət əşyası aparıblar.

Yük maşınlarına 15 nəfərdən ibarət qrupun hücum etdiyi bildirilir. Hadisə paris-Lion yolunda baş verib.

Zinət əşyalarını oğurlayan cinayətkarlar hadisə yerindən 4 avtomobillə uzaqlaşıblar. Fransa polisi onların axtarışlarını həyata keçirir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti