Milli Məclis təkzib etdi

Milli Məclis təkzib etdi
  20 May 2013    Oxunub:1400
Milli Məclisin mətbuat xidməti bir sıra mətbuat orqanlarında yayılmış məlumatları təkzib etdi.
AzVision.az mətbuat xidmətinin yaydığı məlumatı təqdim edir:

“Son günlər ölkənin bir sıra mətbuat orqanlarında belə bir məlumat yayılıb ki, guya Milli Məclisdə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi hazırlanır. Yayılan məlumatlara görə, həmin qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
Milli Məclisin Mətbuat xidməti bildirir ki, parlamentdə belə bir qanun layihəsinin hazırlanması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Parlamentin heç bir komitəsində belə bir qanun layihəsi müzakirə olunmayıb və müzakirə olunması da nəzərdə tutulmayıb. Buna görə də Milli Məclisin Mətbuat xidməti bütün Kütləvi İnformasiya Vasitələrinin diqqətinə çatdırır ki, bu tipli informasiyaları yaymamışdan əvvəl məlumatı yoxlasınlar”.

AzVision.az


Teqlər:





Xəbər lenti