Azərbaycanlı direktor Rusiyada həbs edildi

Azərbaycanlı direktor Rusiyada həbs edildi
  11 Mart 2015    Oxunub:2037
Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Rusiya Federasiyası Federal Xidmətinin Peterburq və Leninqrad vilayəti üzrə idarələrinin əməkdaşları dövriyyədən 25 kiloqram həşiş çıxarıblar.
AzVision.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə idarənin yaydığı məlumatda bildirilir.

Rusiya hüquq-mühafizəçiləri cinayətkar qrupun üzvlərini dörd ay müddətində izləyib. Operativ məlumatlara əsasən cinayətkar qrup şəhər və vilayət daxilində həşiş, amfetamin və kokain satışı ilə məşğul olub.

Cinayətkarlardan biri Azərbaycan vətəndaşının evində aparılan axtarışlar zamanı təxminən 25 kiloqram həşiş, həmçinin 80 qram kokain və tərəzilər aşkarlanıb. Saxlanılan şəxs ərzaq mağazasının direktoru olduğunu bildirib.

Faktla bağlı cinayət işi açılıb. Qrupun iki üzvü saxlanılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti