Araz Ağalarov: “Hədəfim qazanmaq yox, pulları itirməməkdir”

Araz Ağalarov: “Hədəfim qazanmaq yox, pulları itirməməkdir”
  11 Mart 2015    Oxunub:10048
“Dövlət tikintilərində qazana bilmirəm”
Azərbaycanlı milyarder Araz Ağalarov “Forbes” jurnalına müsahibəsində böhran zamanı inşaatçıların problemləri, iri dövlət layihələri və gələcəklə bağlı optimist fikirlər bildirib.

AzVision.az xəbər verir ki, A.Ağalarov 2018-ci il Dünya Çempionatı üçün Rostovda şirkətinin tikdiyi stadiondan danışıb. O, hazırda iqtisadi böhran zamanı Rostovdakı stadion üçün ayrılan 18,3 milyarda stadion tikməyin çətin olacağını bildirib.

“Rusiyada istehsal olunan beton, metal və digər materialları hökumətin təqdim etdiyi qiymət cədvəlinə uyğunlaşdırmaq olar. Təəssüflər olsun ki, stadionunun tikintisi zamanı xaricdən idxal olunan avadanlıqlarsız keçinmək olmur. Ekranlar, səs, işiq avadanlıqları və digər yüksək texnoloji məhsulları xaricdən almaq lazımdır. Bu məhsulların qiymət məsələsi hələ də açıq qalır. Çünki həmin avadanlıqların alışı zamanı kursun necə olacağı məlum deyil”.

Azərbaycanlı milyarder vurğulayıb ki, onların qarşısında qoyulan hədəf stadionların tikintisində qazanmaq yox, pullarını itirməməkdir:

“Bu layihə status üçündür. Mən dövlət tikintilərində gəlir əldə edə bilmirəm. Məsələn: Dövlət bizə Uzaq Şərq universitetinin tikintisi üçün 73 milyard rubl ayırmışdı. Lakin bizə vaxtlı-vaxtında ödəniş edilmirdi və tikinti prosesinə şəxsi vəsaiti qoymaq lazım gəlirdi. Nəticədə mən bu tikintiyə şəxsən 3 milyard rubl vəsait yatırdım. Üstəgəl, öz təşəbbüsümlə orada sahilyanı ərazi salındı və 450 min kvadrat metr olan Universitet binası tamamilə kondisionerlərlə təchiz olundu. Anlayın ki, müxtəlif şəhərlərdə 7 stadionun tikintisinin özü də bir növ yarışdır. Mən hamıdan gec başladım. Bu mənim üçün bir çağırışdır”

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti