“Real” məğlub oldu, “Portu” isə qalib gəldi - NƏTİCƏLƏR

“Real” məğlub oldu, “Portu” isə qalib gəldi - NƏTİCƏLƏR
  11 Mart 2015    Oxunub:1579
Ötən gün Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start verilib.
AzVision.az-ın məlumatına görə, ilk oyun günü iki qarşılaşma baş tutub.

Portuqaliyada "Portu" İsveçrə "Bazel"i ilə qarşılaşıb. “Portu” rəqibinə 4 cavabsız top vurub. Bununla da portuqaliyalılar 1/4 finala yüksəlib.

Madriddə isə "Real" Almaniya təmsilçisi "Şalke"ni qəbul edib. Dramatik oyunda qapılara yeddi qol vurulub – 3:4. Qazanılan qələbəyə baxmayaraq iki oyunun nəticəsinə görə "Şalke" turnirlə vidalaşıb. Çünki “Real” Almaniyada keçirilən ilk görüşdə meydan sahibinə 2-0 hesabı ilə qalib gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti