Alimlər Şurasına yeni sədr seçildi

Alimlər Şurasına yeni sədr seçildi
  11 Mart 2015    Oxunub:1818
İran İslam Respublikasının Alimlər Şurasının (Məclisi Xübriqan) sədri vəzifəsinə seçki keçirilib.
Martın 10-da keçirilən seçkidə ayətullah Məhəmməd Yəzdi rəqibi ayətullah Əli Əkbər Haşimi Rəfsancaniyə qalib gələrək Xübriqan Məclisinin sədri seçilib. Ötən ilin oktyabrında məclisin sədri 83 yaşlı Məhdəvi Kəni vəfat etdikdən sonra bu vəzifə boş qalmışdı.

Qeyd edək ki, Xübriqan Məclisinin 86 üzvü 8 il müddətinə birbaşa xalq tərəfindən seçilir. Onlar da öz aralarından məclisin sədrini seçirlər.

Xübriqan Məclisi İranın ən mühüm hakimiyyət orqanlarındandır. Bu məclis İran İslam İnqilabının Ali Rəhbərini seçir, onun fəaliyyətinə nəzarət edir. Məclis, həmçinin parlament tərəfindən qəbul edilən qanunların İslam qaydalarına və dövlət siyasətinin İslam prinsiplərinə uyğunluğunu nəzarətdə saxlayır. (AzərTAc)


Teqlər:  





Xəbər lenti