Ermənilər qərar verdi: Bakıya gəlirlər

Ermənilər qərar verdi: Bakıya gəlirlər
  10 Mart 2015    Oxunub:2302
Ermənistan Bakıda keçiriləcək ilk Avropa oyunlarında iştirak edəcək.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar Ermənistan Milli Olimpiya Komitəsinin iclasında qəbul olunub.

Lakin yarışlarda öz iştirakı barədə yekun qərarı idmançıların özləri verəcək.

Qeyd edək ki, daha əvvəl Yunan-Roma güləşi üzrə Ermənistan Millisinin baş məşqçisi Levon Culfalakyan və Ermənistan Güləş Federasiyası Bakıdakı yarışlara qatılmağın əleyhinə olduqlarını bildirmişdilər.

Ermənistanın idman naziri Qabriel Kazaryan isə erməni idmançılarının Avropa Oyunlarında iştirakının vacib olduğunu qeyd etmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti