Alman ordusunda İŞİD qorxusu

Alman ordusunda İŞİD qorxusu
  10 Mart 2015    Oxunub:1452
Almaniya ordusunda hərbi xidmətini başa vurduqdan sonra İŞİD terror təşkilatına qoşulanların sayı artıb.
AzVision.az-ın məlumatına görə, Almaniya Milli Təhülkəsizlik Xidmətinin rəhbəri Kristof Qramm bildirib ki, artıq 20-dən çox alman hərbçisi İŞİD-ə qoşulub.
Bu əsgərlər Suriya və İraqda qeydə alınıb.

Qramm əlavə edib ki, hər il orduda 400 hərbiçi radikal qruplaşmalarla iş birliyinə görə izlənilir. Bunun nəticəsində isə onların əksəriyyətinin radikal olmadığı aşkarlanır:

“Alman təhlükəsizlik qüvvələri təxminən 600 adamın İŞİD üçün döyüşmək məqsədilə Suriya və İraqa getdiyini bəyan edib. Onların içərisində hazırda Almaniya orudusunda xidmət edən hərbiçi yoxdur. Yalnız 20-dən çox alman vətəndaşı burada hərbi xidmətdən keçmiş şəxslərdir.”

Qeyd edək ki, Almaniyada hərbi xidmət 2011-ci ildən etibarən könüllülük prinsipi əsasında qurulub.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti