İqtidar partiyası Poroşenkodan imtina etdi

İqtidar partiyası Poroşenkodan imtina etdi
  10 Mart 2015    Oxunub:2057
Ukraynanın “Pyotr Poroşenko Bloku” partiyası öz adını dəyişməyi planlaşdırılır.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, partiya prezidentin adından imtina edəcək.

Məlumatı partiyanın sədri Yuriy Luçenko “Twitter”də təsdiqləyib.

Luçenkonun sözlərinə görə, partiya öz köhnə adını (Həmrəylik) qaytaracaq.

Qeyd edək ki, “Həmrəylik” partiyasının adı 2014-cü ilin avqustunda “Pyotr Poroşenko Bloku”na dəyişdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti