Ruslar Ermənistanda təlimlərə başladı

Ruslar Ermənistanda təlimlərə başladı
  10 Mart 2015    Oxunub:2505
Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasında mühəndis istehkam birləşmələşmələrinin iştirakı ilə səhra təlimləri başlayıb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə keçiriləcək praktiki təlimlər zamanı mütəxəssislərlə həm fərdi, həm də qrup halında kompleks tapşırıqlar həyata keçirəcəklər. Hərbçilər hərbi texnika idarəetmə, ərazidə kəşfiyyat işlərinin aparılması, ərazilərin minalanması və s. tapşırıqlar üzrə normativləri yerinə yetirəcəklər”, - deyə Rusiyanın Cənub Hərbi Dairəsinin yaydığı məlumatda bildirilir.

Rusiyanın Ermənistandakı bazasında təlimlər bir ay davam edəcək. Təlimlərdə 100-dən çox hərbçi və təxminən 30-dan çox hərbi texnika iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti