Obama Ukraynaya silah verməkdən imtina etdi

Obama Ukraynaya silah verməkdən imtina etdi
  10 Mart 2015    Oxunub:1535
ABŞ prezidenti Barak Obama ötən ay Almaniya kansleri Anqela Merkellə baş tutan görüşdən sonra Ukraynaya silah verilməsi prosesini təxirə salıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Almaniyanın Vaşinqtondakı səfiri Peter Vittiq “Assoşeyted Press”ə müsahibəsində bildirib.

“Hər iki lider bu məsələ ilə bağlı fikir mübadiləsi apardı və bu mərhələdə Ukraynaya silah çatdırılmasının müəyyən müddətə qədər təxirə salınmasına dair ümumi fikrə gəldilər”, - deyə Vittiq vurğulayıb.

Səfirin sözlərinə, ABŞ prezidenti Merkelin hazırda həyata keçirilən diplomatik və siyasi səylərə “müəyyən sahə” verilməsi barədə təklifi ilə razılaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti