Ermənistan parlamentində `rozetka` rəzaləti

Ermənistan parlamentində `rozetka` rəzaləti
  10 Mart 2015    Oxunub:2839
Ermənistan parlamentinin 334-cü zalında artıq iki ildir ki, `rozetka`lar işləmir və jurnalistlərin çoxsaylı şikayətlərinə baxmayaraq bu problem aradan qaldırılmır.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistanın “Arovat” qəzeti xəbər yayıb.

Qəzet yazır ki, parlament ərazisində yerləşən köməkçi binalarda təmir işləri davam etdirilsə də `rozetka`lar dəyişdirilmir. Bununla bağlı jurnalistlər dəfələrlə müraciət edilib. Amma şikayətlərə baxan yoxdur.

Ümumilikdə parlament ərazisində abadlıq işlərinin maya dəyəri 123 milyon 889 min 903 dram təşkil edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti