Xameneyi İran xalqının qarşısına çıxdı

Xameneyi İran xalqının qarşısına çıxdı
  09 Mart 2015    Oxunub:1932
İranın ali dini lideri Əli Xameneyi səhhətinin pisləşməsinə dair şayiələrin yayılmasından sonra ilk dəfə publika qarşısına çıxıb.
Bu barədə AzVision.az “Ynet”-ə istinadən xəbər verir.

76 yaşlı Əli Xameneyi fotolarının çəkilməsi üçün Tehranın mərkəzində yerləşən iqamətgahının qarşına çıxıb. Fotolardan onun gümrah və sağlam olduğu görünür.

Qeyd edək ki, martın 4-də İsrailin “The Jerusalem Post” qəzeti İranın ali dini lideri Əli Xamneyi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi barədə xəbər yaymışdı.

Xatırladaq ki, 2014-cü ilin sentyabr ayında Xamneyi prostat vəzindən əməliyyat olunub. Həkimlər həmin vaxt əməliyyatın uğurlu keçdiyini bildirmişdilər.

Əli Xamneyinin 76 yaşı var və o, 26 ildir ki, İrana rəhbərlik edir. 1981-1989-cu illərdə ölkə prezidenti səlahiyyətlərini icra edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti